Bakı. Trend:
İngiltərənin "İpsviç Taun" klubunun yeni baş məşqçisi məlum olub.
Premyer Liqaya yüksələn kollektivi Hari Onil çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Hari Onilin son klubu Fransada "Strasbur" olub.