"İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumunda çıxışı zamanı Qazaxıstanın Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməklə bağlı təklifini qəbul etdiklərini bildirdi. Ermənistan da təklifi qəbul edərsə, Bakı və İrəvan Astanadan danışıqlar platforması kimi istifadə edəcək, lakin yalnız platforma kimi. Əliyev də bildirir ki, söhbət hansısa vasitəçilikdən getmir".
Metbuat.az xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Asif Nərimanlı deyib. O bildirib ki, Astananın vasitəçi kimi yox, platforma-məkan kimi istifadə edilməsi iki səbəbdən qaynaqlanır:
"Qərb və Rusiya həmin məkanla bağlı uzlaşmalıdır, əks təqdirdə, prosesə bu və ya digər formada müdaxilə cəhdləri ola bilər. Qazaxıstan bu baxımdan unikal məkan hesab oluna bilər: Astana Bakı və İrəvan danışıqlarında Qərbə və Rusiya kimi şəxsi maraqlarını güdməyəcək. Qazaxıstanın həm Qərblə münasibətləri normaldır, həm də Rusiya ilə eyni ittifaqlarda yer alır, hər iki tərəf danışıqların məkanı kimi Astananın seçilməsini alqışlaya bilər. Bu ölkə sülh danışıqları üzrə “Astana formatı” təcrübəsinə də malikdir".
Seyranə Quliyeva / Metbuat.az