Bakı. Trend:
ABŞ Silahlı Qüvvələri İrana qarşı tətbiq edilən dəniz blokadasını dayandırıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında bildirilib.
Komandanlığın bəyanatına əsasən, ABŞ Prezidenti tərəfindən verilən göstərişə uyğun olaraq, İran limanları və sahilyanı əraziləri ilə dəniz əlaqələrinin məhdudlaşdırılmasına yönəlmiş bütün tədbirlər ləğv edilib. Qeyd olunub ki, gəmilər Fars və Oman körfəzlərində yerləşən İran limanlarına maneəsiz daxil ola və həmin limanlardan çıxa bilərlər. ABŞ-nin dəniz blokadasının təmin olunması ilə bağlı həyata keçirdiyi bütün tədbirlər rəsmi şəkildə dayandırılıb.
Eyni zamanda, CENTCOM vurğulayıb ki, əldə olunmuş razılaşmaların icrasına nəzarət məqsədilə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri bölgədə fəaliyyətini davam etdirəcək.