“Azərbaycan və Rusiya arasında münasibətlər kifayət qədər yaxşı səviyyədədir. Müəyyən narazılıqlar, qarşılıqlı gərginliklər olsa da, bütün hallarda Azərbaycan və Rusiya münasibətləri tarixində heç vaxt tam olaraq pisləşməyib”.
Bu fikirləri Metbuat.az-a politoloq Turan Rzayev deyib. O hesab edir ki, münasibətlərin hazırkı etapı da rəsmi Bakının balans siyasəti ilə bağlıdır:
“Rusiya ilə münasibətlərimizin pis olduğu zamanlar belə, biz onlara qarşı bənzər şəkildə addımlar atmamışıq. Buna görə də bu gün Rusiya ilə əməkdaşlıq münasibətlərimiz yüksək səviyyədədir.
