Bakı. Trend:
NATO-nun Baş katibi Mark Rüttenin iyunun 23–25-də ABŞ-a səfər edəcəyi gözlənilir.
Səfərin əsas məqsədi iyulun 7–8-də Ankarada keçiriləcək NATO sammiti ərəfəsində alyans üzvləri arasında mövcud olan transatlantik fikir ayrılıqlarının azaldılmasına töhfə verməkdir.
Mark Rütte daha əvvəl Brüsseldə təşkil etdiyi mətbuat konfransında Ankara sammitinin proqramının bir plenar iclasla məhdudlaşacağını və tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının tədbirə dəvət olunmayacağını bildirmişdi.
Məlumata əsasən, sammit zamanı NATO–Ukrayna Şurasının liderlər səviyyəsində ayrıca toplantısının keçirilməsi də planlaşdırılmır.
Brüsseldəki mənbələr qeyd edirlər ki, təşkilatçılar ABŞ Prezidenti Donald Trampın iştirak edəcəyi tədbirlərin gündəliyini mümkün qədər qısa saxlamağa çalışırlar. Məqsəd sammit zamanı yarana biləcək fikir ayrılıqlarını minimum səviyyəyə endirməkdir.