Bakı. Trend:
Rəqəmsal texnologiyalar sahələrində işləyən sığortaolunanların aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı üzrə güzəştlər tətbiq ediləcək.
Trend-in məlumatına görə, bu, Milli Məclisin İqtisadi sisyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində sahibkarlıq fəaliyyətini həyata keçirən sığortaedənlərdə (texnologiyalar parkının rezidentləri istisna olmaqla) işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək:
Sığorta haqqına cəlb edilən aylıq gəlir
sosial sığorta haqqı dərəcəsi
cəmi
sığortaolunanın gəlirlərindən tutulan
sığortaedənin vəsaiti hesabına ödənilən
200 manatadək
14 faiz
2 faiz
12 faiz
200 manatdan 8000 manatadək
12 faiz
6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 5 faizi
44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 7 faizi
8000 manatdan çox olduqda
10 faiz
786 manat + 8000 manatdan çox olan hissənin 5 faizi
1214 manat + 8000 manatdan çox olan hissənin 5 faizi
Lakin kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları və innovasiyalar sahələrində yüksəkixtisaslı miqrantlar, habelə rəqəmsal səyyahlar üçün 2026-cı il iyulun 1-dən 5 il müddətinə məcburi dövlət sosial sığortasına cəlb olunmayacaq.