Bakı. Trend:
Almaniya Yaxın Şərqdə təhlükəsizliyə töhfə verməyə hazırdır və artıq Hörmüz boğazındakı minaları təmizləmək üçün bir neçə qayıq və gəmi göndərib.
Bu barədə Almaniya kansleri Fridrix Merts "G7" sammitində deyib.
"Biz həmişə töhfə verməyə hazır olduğumuzu demişik. Bundan əlavə, artıq bölgəyə ilk mina təmizləmə qayıqları və gəmiləri göndərmişik", - deyə o bildirib.
Merts vurğulayıb ki, Almaniya Yaxın Şərqdə sülhü təşviq etməyə hazırdır və İranla ABŞ arasında müvəqqəti razılaşma əldə edildikdən sonra regionda sülhün qorunması səylərində iştirak etməyə hazırdır.