Bakı. Trend:
Venesuelanın dövlət neft-qaz şirkəti "Petróleos de Venezuela S.A."(PDVSA) ilə İspaniyanın "Repsol" şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Bu barədə Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriges deyib.
"Miraflores sarayında karbohidrogenlər və elektrik enerjisi sahəsində, o cümlədən elektrik təchizatının təmin olunması məqsədilə imzaladığımız hər bir saziş Venesuela xalqının rifahına xidmət edir", - deyə Delsi Rodriges sazişin imzalanması zamanı iştirak edərkən "Venezolana de Televisión" telekanalının efirində bildirib.
Səlahiyyətli prezident qeyd edib ki, PDVSA və Repsol Karbohidrogenlər Nazirliyinin himayəsi altında əməkdaşlığın müxtəlif istiqamətlərini araşdırmağa davam edir və 2050-ci ilədək dövr üçün enerji gündəliyi üzərində işləyirlər.