Bakı. Trend:
Fransa milli futbol komandası dünya çempionatının qrup mərhələsində Seneqal komandasını 3-1 hesabı ilə məğlub edib.
Görüş ABŞ-nin İst-Raterford şəhərindəki "MetLife" stadionunda baş tutub.
Qalib komandanın heyətində qolları Kilian Mbappe (66-cı və 90+6-cı dəqiqələr) və Bredli Barkola (82) vurub. Məğlub komandada İbrahima Mbaye (90+5) fərqlənib.
Fransa komandası üç xal toplayaraq I qrupunda birinci yerdə qərarlaşıb. Norveç və İraq da bu qrupda yer alır.