Bakı. Trend:
İsrail Livanda atəşkəsi pozmağı davam etdirəcəyi təqdirdə, sərt cavabla üzləşə bilər.
Bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının bəyanatında bildirilib.
“Əgər İsrail Livanın cənubunda hücumlarını dayandırmasa, İran İslam Respublikasının Silahlı Qüvvələrindən sərt cavab gözləməlidir”, – deyə bəyanatda qeyd olunub.
Bəyanata görə, İsrail ordusu son iki gün ərzində Livanda atəşkəs rejimini 84 dəfə pozub.