Bakı. Trend:
Azərbaycan Trans-Adriatik Boru Xətti (TAP) ilə indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"Respublika Günü münasibətilə dost İtaliya xalqını təbrik edirik. Çoxölçülü strateji tərəfdaşlığa əsaslanan Azərbaycan İtaliya münasibətləri yeni investisiya, enerji layihələri və humanitar əməkdaşlıqla daha da güclənir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı və neft-qaz ixracının əhəmiyyətli hissəsinin yönəldiyi ölkədir. TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib. Bu dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızı daha da yaxınlaşdırır", - paylaşımda qeyd edilib.


