Bakı. Trend:
29 iyun – 2 iyul tarixlərində İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək.
Qitə birinciliyində Azərbaycanı ümumilikdə 12 çəki dərəcəsində 17 idmançı (10 oğlan, 7 qız) fərdi yarışlarda təmsil edəcək. Ölkəmiz turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.
Kollektivə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Oğlanlar -50 kq Nihad Ağayev Fərid Rzazadə -55 kq Rza Xəlilli İbrahim Talıbov -60 kq Mehman Əsgərov -66 kq İlkin Qarayev -73 kq Sadiq Məmmədov -81 kq Yaqub Məmmədov Ayxan Həsənli -90 kq Ömər Axundov
Yalnız qarışıq komanda yarışında +81 kq Tamerlan Əliyev
Qızlar -40 kq Zəhra Quliyeva Sunay Salamova -44 kq Pərvin Sevxanlı Fatimə Abdullayeva -48 kq Könül Eyvazlı -70 kq Məsumə Məmmədli +70 kq Zemfira Əliyeva Yalnız qarışıq komanda yarışında -63 kq Səmayə Yusifli