Bakı. Trend:
Futbol üzrə dünya çempionatında bu gün növbəti matçlar baş tutacaq.
Yarışın rəsmi proqramına görə, beşinci oyun günündə dörd qarşılaşma keçiriləcək.
Günün ilk görüşündə İspaniya millisi Kabo-Verde yığması ilə üz-üzə gələcək. Daha sonra Belçika seçməsi Misirlə münasibətlərinə aydınlıq gətirəcək.
Gecə saatlarında isə Səudiyyə Ərəbistanı və Uruqvay komandaları qarşılaşacaq. Oyun gününün son matçında İran millisi Yeni Zelandiya yığmasını sınağa çəkəcək.
Dünya çempionatı
15 iyun
20:00. İspaniya – Kabo-Verde
23:00. Belçika – Misir
16 iyun
02:00. Səudiyyə Ərəbistanı – Uruqvay
05:00. İran - Yeni Zelandiya