Bakı. Trend:
İsveç futbol millisi dünya çempionatının qrup mərhələsinin açılış oyununda Tunisi 5-1 hesabı ilə məğlub edib. Görüş Meksikada baş tutub.
Qalib komandanın heyətində Yasin Ayari 7-ci və matça əlavə olunmuş 2-ci dəqiqələrdə fərqlənərək dubl edib. Digər qolları isə Aleksander İsak (30), Viktor Dyökereş (59) və Mattias Svanberq (86) vurublar. Məğlub komandanın yeganə qolunun müəllifi 43-cü dəqiqədə Omar Rekik olub.
Qrupun digər oyununda Niderland və Yaponiya 2-2 hesablı heç-heçə etdikdən sonra İsveç F qrupunda birinci yerə yüksəlib.