“Qazaxın dörd kəndinin qaytarılması cənab Prezident İlham Əliyevin növbəti qətiyyətli qələbəsindən biridir”.
Bu açıqlamanı Metbuat.az-a millət vəkili Arzu Nağıyev verib. Millət vəkili eyib ki, Azərbaycan xalqı, o cümlədən bütün dünya gördü ki, cənab Prezident nəyi, nə zaman etməyi həm çox gözəl bilir, həm də verdiyi hər bir sözün yerinə yetirilməsində israrlıdır:
Bu məsələlər 1991-ci il “Alma ata” sazişinə uyğun olaraq əksini tapacaqdır. May ayının 15-nə qədər protokollar imzalanacaq və birmənalı şəkildə həmin ərazilər Azərbaycan ərazisi kimi göstəriləcəkdir. Bundan öncə də həmin kəndlər Azərbaycan ərazisi idi, heç bir anklav deyildi. Hesab edirəm ki, 2020-ci ildən məhz imzalanmış sazişə uyğun olaraq həmin kəndlərin qaytarılması, anklavların məsələsinin həlli ən mühüm addımlardan biri idi”.
