Bakı. Trend:
Gənclər diplomatiyası sayəsində Azərbaycan və Slovakiya arasında parlament əməkdaşlığı güclənməyə davam edir.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Slovakiya Respublikasındakı səfiri Elçin Qasımov "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Diplomat bunu Slovakiya Milli Şurasının fəaliyyəti ilə tanış olmaq üçün onu ziyarət edən Lənkərandan olan tələbələrdən ibarət nümayəndə heyətini salamlayarkən bildirib.
"Slovakiyalı tələbələrin Azərbaycan Parlamentinə təkrar səfərini səbirsizliklə gözləyirik. Gənclər diplomatiyası sayəsində ölkələrimiz arasında parlament əməkdaşlığı güclənməyə davam edir", - deyə paylaşımda qeyd olunub.