Bakı.Trend:
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan tutduğu vəzifədən azad edilib.
Trend xəbər verir ki, bu barədə BCM rəsmi bəyanatında deyilir.
Bu barədə qərar BCM Roma Statusunun iştirakçıları olan dövlətlərin assambleya bürosu tərəfindən iyunun 8-də keçirilən iclasda qəbul edilib. Qərar dərhal qüvvəyə minib.
BCM-də bildirilib ki, keçirilən etimadsızlıq səsverməsində böyük əksəriyyət onun əleyhinə səsverib. Buna əsas zəmin kimi prokurora qarşı irəli sürülmüş seksual xarakterli hərəkətlər ittihamları ilə bağlı intizam icraatı çərçivəsində aparılmış araşdırmanın yekun hesabatı göstərilib.
Bununla yanaşı, məhkəmə vurğulayıb ki, Xanın vəzifədən kənarlaşdırılması iş üzrə yekun qərarı əvvəlcədən müəyyən etmir. Son qərar Beynəlxalq Cinayət Məhkəməsi-nın iştirakçı dövlətlərinin Assambleyasının xüsusi sessiyasında qəbul ediləcək.
Kərim Xan 2021-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru vəzifəsinə təyin edilib.
2023-cü ilin martında MCM Kərim Xanın müraciəti əsasında Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova barəsində həbs orderi verib. Onlar Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya qanunsuz deportasiyasında ittiham olunurlar.