Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə savadlılığı üzrə 4 sorğunun keçirilməsi xidmətlərinin satın alınması üçün tender elan edib.
Trend xəbər verir ki, prosedurda iştirak haqqı 123,49 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini ən geci 30 iyun 2026-cı il saat 17:00-dək təqdim etməlidirlər. Tender zərflərinin açılışı da 30 iyun 2026-cı il saat 17:00-da keçiriləcək.
Əlaqələndirici şəxs: Könül Əliyeva.
Tel.: (+994) 12 493 50 58.
Elektron poçt: [email protected]
Ünvan: AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90.