Bakı. Trend:
İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqton və Tehran arasında əldə edilən istənilən razılaşmanı qəbul etməli olacaq.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Financial Times" qəzetinə müsahibəsində deyib.
"Onun seçimi olmayacaq. Qərarları mən verirəm. Bütün qərarları mən qəbul edirəm. Qərarları o vermir”, — deyə ABŞ prezidenti bildirib.