Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası parlament seçkilərində səslərin 56,7 faizini toplayır.
Trend-in məlumatına görə, bu barədə Ermənistanın hakim partiyasının şifarişi ilə keçirilən "exit-poll" məlumatlarında bildirilib.
Həmçinin bildirilib ki, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan tərəfindən qurulan "Güclü Ermənistan" partiyası seçicilərin 17,5 faizinin dəstəyini qazanıb. Digər siyasi qüvvələrin nəticələri barədə məlumat verilməyib.