Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Uzunoba kəndində növbəti səyyar qəbul keçirib.
Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, qəbulda Xaçmaz rayon prokuroru Rəşad Məmmədov, Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Samir Məcidov, idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Görüşdən əvvəl rayon rəhbərliyi və iştirakçılar 20 Yanvar şəhidi Zahid Abdullayevin büstü önünə gül dəstələri qoyaraq şəhidimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Qəbulda Uzunoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə daxil olan Uzunoba, Baraxum, Xəzərli, Şıxlı, Məşidoba, Şərifoba, Tikanoba və Yataqoba kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması və bir sıra fərdi müraciətlərlə bağlı məsələləri səsləndiriblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Bir çox müraciət yerindəcə müsbət həllini tapıb.
Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

















