Bakı. Trend:
ABŞ ordusu İranın dəniz blokadasının başlanğıcından bəri 122 gəminin istiqamətini dəyişdirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandalığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.
"ABŞ Silahlı Qüvvələri 122 ticarət gəmisinin istiqamətini dəyişdirib", - deyə bildirilib.
Qeyd edək ki, 13 apreldə ABŞ ordusu İrana qarşı dəniz blokadasına başladı. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İran limanlara gedən bütün gəmilərin, eləcə də sahillərini tərk etməyə çalışan gəmilərin hərəkətini bloklamaq niyyətindədir.