Bakı. Trend:
bp Özbəkistan Respublikasının Şimali Üstyurd regionundakı altı blok üzrə hasilatın pay bölgüsü sazişi üzrə seysmik tədqiqatların bu yay başa çatdırılacağını planlaşdırır.
Trend xəbər verir ki, bunu bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakı Enerji Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Özbəkistandakı fəaliyyət çərçivəsində SOCAR və Uzbekneftegaz ilə hasilatın pay bölgüsü sazişi imzalanıb və layihə ölkənin şimalında yerləşən Şimali Üstyurd regionunda kəşfiyyat işlərini əhatə edir.
Qordon Birrel qeyd edib ki, hazırda layihə üzrə seysmik tədqiqat işlərinin bu yay mövsümünün sonunadək başa çatdırılması planlaşdırılır.
"Növbəti mərhələdə əldə olunan seysmik məlumatların emalı və interpretasiyası həyata keçiriləcək. Bu proses gələn ilin sonunadək davam edəcək və regionda neft-qaz ehtiyatlarının mövcudluğu, eləcə də onların potensial həcmi barədə qiymətləndirmə aparılmasına imkan verəcək", - o vurğulayıb.
Qeyd edək ki, bu ilin mayın 13-də Özbəkistan Respublikasının Şimali Üstyurd regionundakı altı blok üzrə hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulduğunu açıqlayıb.
Saziş Boyterak, Terengquduq, Birqori, Haroy, Qoraqalpoq və Qulboy bloklarını əhatə edir.
Sazişlər Daşkənddə keçirilən “Özbəkistan Neft-Qaz Konfransı 2026” çərçivəsində Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzəmahmudov, “Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli tərəfindən imzalanıb.