Bakı. Trend:
Floridada federal hakim ABŞ Prezidenti Donald Trampın vergi bəyannamələrinin ilk prezidentlik dövründə mediaya sızdırılması ilə bağlı Daxili Gəlirlər Xidmətinə (IRS) qarşı qaldırdığı iddia üzrə işin yenidən baxılmasına razılıq verib.
Trend-in məlumatına görə, D. Tramp kompensasiya olaraq ən azı 10 milyard dollar tələb edir.
Florida ştatının Cənub Dairəsinin elektron məlumat bazasında dərc olunmuş sənədlərə görə, bu ayın əvvəlində ABŞ prezidenti ilə Daxili Gəlirlər Xidməti arasında Trampın vergi bəyannamələrinin sızmasına görə 10 milyard dollar təzminat tələb etdiyi işə xitam verilib. Ağ Evin rəhbəri iddiasını geri götürüb. Razılaşmaya əlavə olaraq isə ABŞ Ədliyyə Nazirliyi Amerika lideri və onun ailəsinə cari vergi araşdırmaları ilə bağlı hər cür hüquqi təqibdən immunitet verən direktivi açıqlayıb.
Bunun ardınca 35 keçmiş federal hakim məhkəmənin yenidən açılmasını tələb edən vəsatət qaldıraraq Ədliyyə Nazirliyinin müqavilənin şərtlərini məhkəmədən gizlətdiyini iddia etdi.
Bundan sonra hakim Ketlin Uilyams iddiaçı tərəfinə 12 iyun tarixinə qədər "vəsatətə cavab verməyi" və iddianın geri götürülməsi ilə bağlı mövqeyini izah etməyi tapşırıb.