Bakı. Trend:
Fransa və ABŞ İran ətrafındakı vəziyyət də daxil olmaqla, fikir ayrılıqlarına baxmayaraq, NATO daxilində də müttəfiq olaraq qalırlar.
Trend xəbər verir ki, bunu Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunun plenar iclasında çıxış edən Fransa Silahlı Qüvvələri naziri Ketrin Votren bildirib.
"Əlbəttə ki, biz müttəfiqik. Biz həmişə fikir ayrılıqları ilə qarşılaşırıq, amma müttəfiq olaraq qalırıq", - deyə o, qeyd edib.
Votrin Fransanın Yaxın Şərqdəki siyasətinin hücum deyil, müdafiə olduğunu bir daha təkrarlayıb. Eyni zamanda, Fransa müdafiə naziri vəd edib ki, NATO daxilində ABŞ ilə münasibətlər iyul ayında keçiriləcək alyansın qarşıdan gələn sammitində ətraflı müzakirə olunacaq.