Bakı. Trend:
Anthoni Qordon "Nyukasl"dan "Barselona"ya transfer olunub.
Trend xəbər verir ki, Kataloniya klubu ingilis futbolçunun keçidini rəsmən açıqlayıb. Müqavilə 5 illikdir.
Məlumata görə,"Barselona" 25 yaşlı Qordon üçün 70 milyon avro və bonuslar ödəyəcək. Transferin ümumi məbləği 80 milyon avronu keçəcək.
Qordon bu mövsüm Premyer Liqada keçirdiyi 26 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.