Sizə isə bundan sonra ancaq cansağlığı. Bu gözəl havanı udun, gözəl suyu için, gözəl mənzərələrə tamaşa edin ki, könül açılsın, adamın zövqünü oxşasın.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlığı və kəndə qayıdan sakinlərlə görüşü zamanı deyib.
Kişi sakin: Cənab Prezident, oradan baxırlar bizə, peşmandırlar ki, bir vaxt biz baxırdıq. İndi deyirlər ki, günah özlərindədir. Yaşayırdılar, hər şey də gözəl. Allah Sizə dəyməsin.
Prezident İlham Əliyev: Mən laçınlılarla görüşəndə, Laçın şəhərinə biz ilk keçmiş köçkünləri qaytaranda elə oturmuşdum ki, bu mənzərə elə düz gözümün qabağında idi. Dedim ki, bilin ha, biz sizi görürük buradan. Özünüzü yaxşı aparın.
Kişi sakin: Allah Sizə dəyməsin. Xoş gəlmisiniz. Çox sağ olun.
Prezident İlham Əliyev: Təbrik edirəm sizi. Gəlin, şəkil çəkdirək birlikdə, burada, bu gözəl mənzərədə.
Kişi sakin: Çox sağ olun.