Bakı. Trend:
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Nyu-Yorkda keçirilən illik bayraq qaldırma mərasimində iştirak edib.
Trend xəbər verir ki, bu barədə Daimi Nümayəndəliyin X sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Bu tarixi günü Azərbaycan-Amerika icmasının nümayəndələri və Nyu-Yorklularla birlikdə qeyd etməkdən məmnun olduq", - deyə bildirilib.



