Bakı. Trend:
Ötən il məişət zorakılığı nəticəsində qadın ölümlərinin sayı artıb.
Trend xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.
Belə ki, 2025-ci il ərzində məişət zorakılğı nəticəsində 40 qadın ölüb. 2024-cü ildə isə bu say 29 olub.
Ötən il ölən 40 qadından 38-i adam öldürmə (CM-in 120122-ci maddələri nəzərdə tutulur) cinayətinin qurbanı olub.
Eyni zamanda, 2025-ci il ərzində məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələri üzrə 1413 (2024-cü ildə – 1471) zərərçəkmiş şəxsdən 1176-ı (2024-cü ildə – 1228) qadın olub.
Qeyd edək ki, 2025-ci ildə 21031 cinayət törətmiş şəxsdən 1337-si qadın olub.