Bakı. Trend:
ABŞ Silahlı Qüvvələri İranda hərbi obyektə zərbə endirib.
Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, zərbələr “ABŞ qüvvələri və Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün təhlükə yaradan İran hərbi obyektinə” endirilib.
Bundan əlavə, "Reuters"in mənbəsi bildirib ki, ABŞ Silahlı Qüvvələri İranın bir neçə pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.