Bakı. Trend:
Çin rabitə texnologiyalarının sınağı üçün nəzərdə tutulan TJSW-24 peykini uğurla orbitə çıxarıb.
Trend-in məlumatına görə, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) xəbər verib.
Qurumun "WeChat" sosial şəbəkəsindəki səhifəsində bildirilib ki, kosmik aparat orbitə CZ-7A (“Çançjen-7A”) modifikasiyalı daşıyıcı raketi vasitəsilə çatdırılıb.
Buraxılış çərşənbə günü Pekin vaxtı ilə saat 00:16-da Vençan kosmodromundan (cənubdakı Haynan vilayəti) həyata keçirilib.
“Çançjen” seriyalı raketlər üçün bu, 645-ci missiya olub.