Bakı. Trend:
Avstraliyanın Sidney şəhərində “Vivid Sydney” adlı festival çərçivəsində keçilirən işıq şousunda 90-a yaxın dron sıradan çıxaraq yerə çırpılıb və çox sayda nümayişin təxirə salınmasına səbəb olub.
Trend xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
İnsident yerli vaxtla 19:30 radələrində “Star Bound” adlı səma şousu zamanı yaşanıb. Əvvəl performansda iştirak edən dronların qrup şəklindəki nizamı pozulub daha sonra uçuş aparatları bir-bir yerə düşməyə başlayıb.
Səma şousuna cavabdeh olan “Skymagic” britaniya şirkəti yaranmış problemi radio tezlikdəki gözlənilməz dəyişikliklərlə əlaqələndirib. Xoşbəxtlikdən dronların yerə düşməsi nəticəsində xəsarət alan olmayıb.