Aprelin 26-da keçirilmiş buraxılış imtahanında Abşeron və Sumqayıt ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri yüksək nəticə əldə ediblər.
Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Abşeron rayonu Qobu qəsəbə 1 saylı tam orta ümumtəhsil məktəbinin şagirdi Abdullayeva Gülay Ruslan qızı və Sumqayıt şəhər Təbiət Elmləri Gimnaziyasının şagirdi Abdullah Emin Elman oğlu maksimum nəticə göstərərək 300 bal toplayıblar.

