Bakı.Trend:
Əkin sahələri aqrokimyəvi göstəricilər əsasında xəritələşdiriləcək.
Trend xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Bununla bağlı əsas icraçı qurum Kənd Təsərrüfatı Nazirliyi, digər icraçı isə İqtisadiyyat Nazirliyidir.
Sənədə əsasən, 2026− 2030-cu illərdə Əkin sahələrinin aqrokimyəvi göstəriciləri üzrə məlumat bazasının yaradılması, 10 rayon üzrə əkin sahələrinin aqrokimyəvi göstəricilərə uyğun xəritələşdirilməsi nəzərdə tutulub.