Rusiyanı tərk edən şəxslərin əmlakı müsadirə oluna bilər.
Modern.az xəbər verir ki, Rusiya Dövlət Duması ölkədən gedən vətəndaşların “Rusiya maraqlarına qarşı yönəlmiş” inzibati pozuntulara görə əmlakının həbsinə imkan verən qanunu qəbul edib.
Qanuna əsasən, ordu haqqında “diskreditasiyaedici məlumatların yayılması”, Rusiyaya qarşı sanksiyalara çağırış, nasist simvollarının təbliği, qanunsuz informasiya əldə edilməsi, KİV azadlığından sui-istifadə və ekstremist materialların yayılması kimi hallar pozuntu sayılacaq.
Yeni qaydalara görə, həmin şəxslərin Rusiyadakı əmlakı məhkəmə qərarı ilə müsadirə və ya üzərinə həbs qoyula bilər. Qanunun ölkəni tərk etmiş və xaricdə yaşayan Rusiya vətəndaşlarına da şamil ediləcəyi bildirilir.