Bakı.Trend:
Koreya Xalq Demokratik Respublikasının hərbçiləri Sarı dəniz istiqmaətində bir neçə kiçik mənzilli ballistik raketlərin buraxılışını həyata keçirib.
Trend xəbər verir ki, bu barədə “Yonhap” Koreya Respublikasının Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinə istinadən xəbər verir.
Raketlər Pxyonan-Pukto əyalətində yerləşən Çoncu şəhərinin kənarından buraxılıb. Söhbət uçuş məsafəsi 300 kilometri ötməyən ballistik raketlərdən gedir.
Bundan əvvəl aprelin 19-da Cənubi Koreyanın silahlı qüvvələri Sinpho şəhərində Yapon dənizi istiqamətində bir neçə ballistik raketin buraxıldığını qeydə almışdı.