Bakı. Trend:
Mayın 25-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskva şəhərində Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşüb.
Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Müzakirələr zamanı Rusiya-Azərbaycan gündəliyinin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb. Yüksək səviyyəli qarşıdakı təmaslarla bağlı mövqelər dəqiqləşdirilib. İkitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, o cümlədən mədəni-humanitar əlaqələrin tam həcmdə bərpasının əhəmiyyəti ətraflı şəkildə nəzərdən keçirilib.
Cənubi Qafqaz və Xəzər regionunda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi də daxil olmaqla, Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi məqsədilə tərəflərin səmərəli birgə işi davam etdirmək niyyəti bir daha təsdiqlənib”, - deyə nazirliyin məlumatında bildirilir.