İtaliyanın “Milan” klubunda ayrılıqlar yaşanıb.
Modern.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat paylaşıb. Onun sözlərinə görə, baş məşqçi Massimiliano Alleqri vəzifəsindən uzaqlaşdırılıb. Qərarın dərhal qüvvəyə mindiyi bildirilir. Bundan əlavə, klubun baş icraçı direktoru Corco Furlani, idman direktoru İqli Tare və skaut şöbəsinin rəhbəri Ceffri Monkada da postlarından ayrılıblar.
Klub tərəfindən hələlik ayrılıqların səbəbi və yeni təyinatlarla bağlı rəsmi açıqlama verilməyib.