Bakı.Trend:
İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib.
Trend xəbər verir ki, bu barədə İctimai Televiziyanın İctimai-Siyasi Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu sosial şəbəkə hesabında paylaşım edib.
Məlumat üçün bildirək ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 20-ci maddəsinə görə Yayım Şurasının 9 üzvündən ən azı 6-nın səsini alan iddiaçı baş direktor seçkisini qazanır.
Xatırladaq ki, baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.
Qeyd edək ki, B.Qasımov ilk dəfə 2018, ikinci dəfə isə 2022-ci ildə İctimai Televiziyanın baş direktoru seçilib.