Bakı.Trend:
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan lideri Kasım-Jomart Tokayevin dəvəti ilə mayın 27-də Qazaxıstana üç günlük səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Danışıqlar zamanı dövlət başçıları Qazaxıstan və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin mövcud vəziyyətini və möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəklər”, – məlumatda deyilir.
Mətbuat xidməti həmçinin bildirib ki, mayın 28-də Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçılarının iştirakı ilə Avrasiya İqtisadi Forumu keçiriləcək. Mayın 29-da isə Ali Avrasiya İqtisadi Şurasının iclası baş tutacaq.