Bakı. Trend:
Bakının Nəsimi rayonunda, “28 May” metro stansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasının fasad hissəsi qoparaq həyətə düşüb.
Trend xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Binanın aqlay üzlüyünün yüksək mərtəbədən qopub tökülməsi nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.