Bakı. Tred:
ABŞ və İran Hörmüz boğazının açılmasını nəzərdə tutan saziş üzrə prinsipial razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən xəbər verib.
Bildirilib ki, bununla belə, boğaz vasitəsilə gəmiçiliyin nə vaxt bərpa olunacağı və neft qiymətlərinin nə zaman aşağı düşəcəyi hələ məlum deyil.
Qeyd edilib ki, razılaşma əldə olunacağı təqdirdə İranın bu su arteriyasına hansı formatda nəzarət edəcəyinə dair məsələ də aydın deyil.