Bakı. Trend:
"Beşiktaş” “Rayo Valyekano”nun müdafiəçisi Luiz Felipe üçün hərəkətə keçib.
Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, türklər 29 yaşlı futbolçunu yayda heyətinə qatmağı planlaşdırır.
Felipe “Beşiktaş”ın təklifini geri çevirmək istəmir. Amma hələ ki onlara konkret cavab verməyib. Buna səbəb isə futbolçunun “Rayo Valyekano”nun heyətində Konfrans Liqasının “Kristal Pelas”a qarşı final görüşünə hazırlaşmasıdır.
Onun İspaniya klubu ilə müqavilə müddəti gələn ayın sonunda başa çatacaq. Luiz “İtuano”, “Latsio”, “Salernitana”, “Betis”, “Əl-İttihad”, “Marsel” komandalarında çıxış edib.