Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 864,9 milyon manat olub.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 5,8 % çoxdur.
Dörd ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,1 %-i hüquqi şəxslərin, 49,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
O cümlədən, hüquqi şəxslər üzrə dövriyyənin dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 4,1 % artaraq 430,6 milyon manat olub.