Bakı. Trend:
İngiltərə Premyer Liqasının pley-off mərhələsinin finalında "Hall City" futbol klubu "Middlesbro"nu 1:0 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, görüş Londondakı "Uembli" stadionunda baş tutub.
İkinci hissəyə əlavə vaxtının beşinci dəqiqəsində Oliver Makberni qolu vurub.
Qeyd edək ki, "Hall City" sonuncu dəfə Premyer Liqada 2016/17 mövsümündə oynayıb və turnir cədvəlində 18-ci yerdə qərarlaşıb.