Bakı. Trend:
Hindistanın Baş naziri Narendra Modi ABŞ dövlət katibi Marko Rubio ilə iki ölkə arasında münasibətlərin inkişafı və qlobal gündəlikdə duran məsələləri müzakirə edib.
Trend bu barədə xarici mediaya istinadla xəbər verir.
Baş nazir Hindistana dörd günlük səfərə gələn dövlət katibi ilə Yeni Dehlidə görüşüb
Görüş barədə "X" sosial media hesabında paylaşım edən Modi bildirib ki, Hindistan-ABŞ Hərtərəfli Strateji Tərəfdaşlığında davamlı irəliləyişi, regional və qlobal sülh, o cümlədən təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.
"Hindistan və ABŞ bütün dünyanın rifahı naminə sıx əməkdaşlıq etməyə davam edəcəklər", - Modi bildirib.
Rubio Modiyə ABŞ prezidenti Donald Trampın yaxın gələcəkdə Ağ Evə səfər etmək dəvətini çatdırıb.