Bakı.Trend:
İsrail ordusu Livanın cənubuna yeni zərbələr endirib.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Zərbələrin hədəfləri “Hizbullah” təşkilatına məxsus obyektlər olub. Əsasən Beka vadisində yerləşən yeraltı obyektlər bombalanıb. IDF-in məlumatına görə, həmin obyektlərdə “Hizbullah” qruplaşması üçün silahlar hazırlanıb.
Hizbullahın Livanın cənubunda yerləşən Tir şəhərindəki hərbi obyektləri də zərbələrə məruz qalıb.