Bakı.Trend:
ABŞ-nin Havay ştatında 6 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji-Tədqiqat Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Honauno-Napupu yaşayış məntəqəsindən 6 kilometr cənub-şərqdə olub. Zəlzələnin yeraltı ocağı 16,1 km dərinlikdə qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb, sunami xəbərdarlığı elan edilməyib.