Bakı.Trend:
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin üzvlüyündən çıxmaqla bağlı qərarından daşınıb.
Trend xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar öz rəsmi “X” səhifəsində elan edib.
“Macarıstan hökuməti Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaqla bağlı təqdim etdiyi ərizəni geri götürür”, -deyə Madyar yazıb.
Xatırladaq ki, 2025-ci ildə Macarıstan parlamenti ölkənin BCM-dən çıxmaqla bağlı qərarı dəstəkləmişdi. Həmin vaxt Baş nazir olan Viktor Orban bu qərarı, təşkilatın son illər qərəssiz mövqeyini itirməsi və daha çox siyasiləşməsi ilə əsaslandırmışdı.