Bakı.Trend:
Rusiyada tanınmış şahmatçı Harri Kasparov beynəlxalq axtarışa verilib.
Trend bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Rusiya müstəntiqləri “terrorizmə haqq qazandırma və xarici agentlərin fəaliyyəti qaydalarını pozma” ittihamları ilə qiyabi olaraq barəsində həbs qərarı çıxarılmış Kasparov barəsində beynəlxalq axtarış elan ediblər.
İstintaqın məlumatına görə, Kasparova "internetdə terrora ictimai şəkildə haqq qazandırma" ilə bağlı maddə, həmçinin xarici agentlərlə bağlı qanunvericiliyin pozulmasına dair iki epizod üzrə ittiham irəli sürülüb.
2025-ci ilin dekabrında Moskvanın Zamoskvoretsk məhkəməsi mümkün ekstradisiyası və ya Rusiyada saxlanılması anından hesablanmaqla onun barəsində iki aylıq qiyabi həbs qərarı çıxarmışdı.
Rusiya Ədliyyə Nazirliyi Kasparovu 2022-ci ilin mayında "xarici agentlər" reyestrinə daxil edib. Hazırda o, Rusiyadan kənarda yaşayır.